Bizim hüquq sahəsində böyük təcrübəyə malik vəkillərimiz sizin hər növ hüquqi problemlərinizin həllində yaxından iştirak edəcək, sizə müxtəlif yanaşmalar və həll yolları təqdim edəcəklər.
Büromuz öz fəaliyyətini müştərilərə fərdi yanaşma, yüksək professionallıq, etibarlı əməkdaşlıq prinsipləri üzərində qurmuşdur.
Y. A. Allahverdiyev
Yerli qanunvericiliyin dərindən öyrənilməsi, məhkəmə işi və təcrübəsi, dövlət orqanlarının yanaşması ilə yaxından tanışlıq, biznes təşviqi islahatlarında iştirak və biznesin dövlət qurumlarında təmsil olunması bizim fəaliyyətimizin əsas aspektini təşkil edir.
Bizim komandamızın üzvləri əvvəllər yerli holdinqlər, istehsal müəssisələri, idxal ixrac biznesi, tikinti şirkətləri, banklar, məhkəmələr, nazirliklər və hüquq şirkətlərində çalışmış və ya onlara xidmətlər göstərmişlər. Biz müştərilərimizin maraqlarını bölüşür və onların Azərbaycanda və ya Azərbaycandan kənarda fəaliyyət göstərməsindən asılı olmayaraq onları daha yaxşı anlamağa çalışırıq.
“Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Vüqar Şamilova mülkiyyətimdə olan mənzildən qohumlarımın istifadə hüquqlarına xitam verilməsi ilə bağlı müraciətim müsbət həllini taparaq Binəqədi rayon məhkəməsinin qətnaməsi ilə cavabdehlərin istifadə hüquqlarına xitam verilmişdir. Çox təşəkkür edirəm!
Mən öz haqqımı «Yusif Allahverdiyev və partnyorları» Vəkil bürosuna müraciət edəndən sonra əldə etdim. Öz haqqımı sizin vəkillərin köməkliyi ilə əldə etdiyimə görə çox məmmunam.
Mən haqq-ədaləti sizə müraciət edəndən sonra tapdım. Həqiqətən sizə minnətdaram.
«Yusif Allahverdiyev və partnyorları» Vəkil bürosu mənim mülkiyyətimin mənə qaytarılmasında böyük rol oynadı. Hər bir vəkilinizə çoxsağol deyirəm.
Xarici vətəndaş olaraq Bakıda daşınmaz əmlakın əldə edilməsində Büronun vəkili tərəfindən notariat orqanında, daha sonra isə əmlakın qeydiyyata alınmasında köməklik göstərilmişdir. Hər şey çox qısa müddətdə baş tutdu.
Mən Mustafayev Elnur Şahmalı oğlu «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosuna müraciətim əsasında hüquqlarımın müdafiəsi məqsədi ilə Büronun Vəkili Faiq Yusubov tərəfindən lazım olan sənədlər toplanmış və aidiyyatı üzrə müvafiq məhkəməyə verilmişdir.
Bundan sonra cavabdeh iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlərlə tanış olduqdan sonra mənimlə razılaşmaya getməli olmuşdur. Tələbimin müsbət nəticə ilə yekunlaşmasına səbəb «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun Vəkillərinin keyfiyyətli hüquqi yardım göstərmələri olmuşdur. Bununla əlaqədar «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosuna öz minnətdarlığımı bildirirəm.
Mənim iddia tələbim nə birinci instansiya məhkəməsi nə də apellyasiya instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili Yusubov Faiqin Dövlət Hesabına mənə keyfiyyətli hüquqi yardım göstərməsi nəticəsində mənim kassasiya şikayətim təmin edilmişdir. Buna görədə mən bütün «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun kollektivinə öz minnətdarlığımı bildirirəm.